"Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi

Printer-friendly version

"Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi 1936-cı ildə yaradılıb. 1998-ci ildə isə "Lokomotiv" Bədən Tərbiyəsi və Idman klubunun bazasında "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi təsis edilib. Biləcəri qəsəbəsində yerləşən mərkəzdə 9 idman növü - voleybol, futbol, stolüstü tennis, komandan ox atma, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi və velosiped üzrə bölmələr fəaliyyət göstərir. Burada 2000-dən çox idmançı məşğul olur.


Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə mərkəzdə velosiped bölməsi 2012-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Bölmənin baş məşqçisi dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı Məhəmməd Ələkbərovdur. Onun rəhbərliyi altında məşq edən velosipedçilərdən Kərim Şirəliyev və Musa Mikayılzadə gənclərdən ibarət milli komandamızın üzvüdür.


Tel: (+99455) 4654423