Qaydalar

Printer-friendly version
Velosiped idman yarışlarında qaydalar velosiped idmanında olan növlərə əsasən müəyyən olunur. Velosiped idman növündə şose, trek, dağ, BMX kimi növlər var. Hər növ üzrə keçirilən yarışlarda spesifik velosipedlərdən istifadə olunur. Şose yarışlarında şose velosipedləri, trek yarışlarında trek, dağ və BMX velosiped idmanı yarışlarında ekstremal vəziyyətlər üçün hazırlanmış xüsusi velosipedlərdən istifadə olunur.
 
Şose velosiped idmanı bərk örtüyü olan yollarda keçirilir və velosipedçilər dairəvi hərəkətlə şəhərin küçələrində yarışır. Velosipedçilərin hərəkət etdiyi dairənin uzunluğu 1-3 kilometr arasında dəyişir. Şose velosiped idmanı digər velosiped idman növləri arasında daha çox inkişaf etmişdir.
 
Velosiped idman növünə aid olan trek yarışları bir qayda olaraq vlotreklər və velodramlarda təşkil edilir. Bu yarış individual olaraq həyata keçirilir. Trek yarışlarında vaxt mühüm rol oynayır. İdmançıya verilən tələb yüksək sürətlə, göstərilən hədəfə maksimum tez çatmasıdır. Trek yarışları xüsusi taktika tələb etmir. Burada əsasən güc və texnika tələb olunur. Trek yarışlarında kişilər 4 km, qadınlar isə 3 km məsafədə yarışır.
 
Maunt (dağ) velosiped idmanı növündə idmançılara verilən tələb dağ yollarında lazım olan manevrləri yerinə yetirməkdir. Bu idmanı növündə xüsusi konstruksiyaya malik dağ velosipedlərindən istifadə olunur. Dağ velosipedi yarışları enişli-yoxuşlu dağ yolları, sərt daşlar, kəskin dönüşlər olan ərazilərdə təşkil edilir.

Velosiped idmanının BMX (Bicycle Motocross extreme) növündə BMX tipli velosipedlərdən istifadə olunur. BMX velosiped idmanı növündə yarışlar torpaq yolda keçirilir. Start 1,5 metrdən 4 metrədək hündürlükdə olan yamacdan verilir, bir qayda olaraq dörd düz və üç əyri hissədən ibarət yolda müxtəlif maneələr yerləşdirilir: “stol”, ikiqat tramplin, üçqat tramplin, “pilləkən”, dalğalar və s. Yürüşdə eyni vaxtda səkkiz idmançı iştirak edir.