8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi

Printer-friendly version

Məktəbin fəaliyyəti və idman uğurları


8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi 1969-cu ildə yaradılmışdır. Məktəbin velosiped idmanı üzrə məşğul olan idmançıları Əhmədli qəsəbəsində yerləşən 29 nömrəli məktəbə məxsus velobazada, velotrekdə və şosselərdə məşq keçirlər.


8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində üç idman bölməsi fəaliyyət göstərir: Boks, qılıncoynatma və velosiped idmanı Məktəbin idman yetirmələri dəfələrlə Avropa, dünya və Olimpiya çempionları olmuşlar. Məktəbin iki idman yetirməsi - Boris Koretski və İlqar Məmmədov Seul Olimpiadasında qılıncoynatma üzrə Olimpiya Cempionları olmuşlar. 2008-ci ildə keçirilən boks üzrə Avropa və dünya birinciliyinin qalibi Salman Əlizada də həmçinin bu məktəbinin yetirməsidir.



8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin və yeniyetməllər üzrə milli komandanın baş məşqçisi Əbulfəz Məmmədov Beçikanın Dayntse şəhərində təlim-məşq toplantısı zamanı

Məktəbin Velosiped İdmanı üzrə idmançılarından olan Elgün Əlizadə və Nicat Niftəliyev Türkiyənin Konya şəhərində keçirilən Beynəlxalq Velosiped İdmanı turnirində iştirak edərək ikinci yerə çıxmışdır.

 

Bundan əlavə Nicat Niftəliyev 2012-ci Niderlandda keçirilən 48-ci Avropa turunda qrup yarışında iştirak edərək bürünc medal qazanmışdır. 2012-ci ildə Rusiyanın Anapa səhərində keçirilən açıq Rusiya birinciliyində iştirak edən Elgün Əlizadə və Nicat Niftəliyev 5-6-cı yerləri tutmuşlar. Eləcə də, 2012-ci ildə Kişinyovda Moldova prezidentinin şərəfinə təşkil edilən turnirdə Elgün Əlizadə finiş xəttini 4-cü keçmişdir. Bundan başqa, Elgün Əlizadə 2014-cü il Avropa çempionatının qrup yarışlarında 12-ci yeri tutmaqla Azərbaycan velosiped idmanı tarixində hələ ki ən yüksək nailiyyətə imza atmşdır.


 

Məktəbin məşqçiləri

 
Velosiped idmanı üzrə məktəbdə üç məşqçi fəaliyyət göstərir. Onlardan Əbülfəz Məmmədov yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının məşqçisi, Mixail Jutkin Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Ənvər Əzizov isə SSRİ İdman Ustasıdır.

 

8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin məşqçisi Əbulfəz Məmmədov yetirməsi Sirac Hüseynovu yarışqabağı təlimatlandıran zaman

Məktəbin direktoru Elvin Məmmədxanovdur.

 

Velosiped idmanı ilə məşğul olmaq istəyən oğlan və qızlar 13 yaşdan etibarən aşağıda göstərilən şəxslərə müraciət edə bilərlər.

 
8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi

Tel: (+99412) 5946889


Məşqçi - müəllimlər:

Əbülfəz Məmmədov – (+99450) 5639924

Mixail Jutkin – (+99455) 7780701