Sumqayıt Velosiped İdman Klubu

Printer-friendly version

Azərbaycanın ilk peşəkar velosiped klubu


Sumqayıt Velosiped İdman Klubu (SVİK) 2010–cu ildə fəaliyyətə başlamışdır. Klubun yaradılmasında məqsəd ölkəmizdə bu idman növünün geniş yayılmasına təkan vermək, gənclərin sağlam həyat tərzinə yiyələnməsinə yardımçı olmaq və Azərbaycanı beynəlxalq arenada təmsil edə biləcək peşəkar klubun mövcudluğunu reallaşdırmaqdan ibarətdir. Hazırda klubun 250 nəfərdən çox həvəskar və peşəkar üzvi var.

Sumqayıt Velosiped İdmanı Klubunun məşqçisi Qafur Mustafayev öz yetirmələrini Sumqayıt şəhərinin 64 illiyi münasibəti ilə keçirilən idmançıların təntənəli yürüşə təlimatlandıran zaman
 
 

 

Rəhbərlik:

SVİK klubunun rəhbəri və qurucusu Qafur Mustafayevdir. Onun gənc olmasına baxmayaraq yetişdirdiyi idmançılar ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. Belə ki, klubun yetirməsi, Azərbaycan yığma komandasının üzvü Tural İsgəndərov Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun heyətində inamla mübarizə aparır. Tural İsgəndərov peşəkar velosiped idmanında ölkəmizə ilk dəfə Olimpiya xalı qazandıran gənc idmançıdır. Bundan əlavə Tural İsgəndərov 2011-ci ildə açıq Azərbaycan çempionatında ikinci yer tutmuş idmançını 10 dəqiqə qabaqlamaqla Azərbaycan çempionu adını, “Heydər Əliyev-2012” velosiped yarışında isə ən yaxşı idmançı adını qazanmışdır.

 

Sumqayıt Velosiped İdmanı Klubunun İdarə Heyəti:

 
Baş Direktor: Qafur Mustafayev

İcraçı Direktor: Seymur Adilov

Texnik: Emin Rustəmov

Tel: (+99477) 300-04-07