Neftçi İdman Klubu İctimai Birliyi

Printer-friendly version

Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı, “Neftçi” İdman Klubu İctimai Birliyinin velosiped idmanı bölməsindən də yan keçməmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin idman tarixində ilk dəfə velosiped idmanında London-2012 Yay Olimpiya Oyunlarına lisenziyanı mərkəzin yetirməsi Yelena Çalıx qazanmışdır.

 

Mərkəzin yetirmələri

 

“Nefçi” İKİB-in velosiped idmanı bölməsi Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Hazırda bu idman bölməsində xeyli yeniyetmə və gənc idmançı, bütün kateqoriyalar üzrə məşqçi Asif Həsənovun rəhbərliyi altında məşq keçir. Bu bazada məşq edən mərkəzin yetirmələri bir sıra nəticələrə nail olmuşlar.

 

Cəmiyyətin yetirməsi, hazırda Sumqayıt klubunun məşqçisi Qafur Mustafayev dəfələrlə beynəlxalq yarışların iştirakçısı, 2004-2005-ci illərdə Azərbaycan çempionatının qalibi olmuşdur. Digər idmançı Həmid Manafov isə 2003-cü ildə Azərbaycan çempionatının qalibi kimi Pekində dünya çempionatının “B” qrupunda iştirak etmiş və orada 70 idmançı arasında qrup yarışında 21-ci yeri tutmuşdur.

 

Dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin mükafatçısı və Azərbaycanı ilk dəfə 2012-ci ildə Hollandiyada kecirilən Dünya Cempionatının “A” qrupunda təmsil edən Elçin Əsədov məhz “Neftçi” İKİB-in yetirməsidir. O eyni zamanda “Synergy Baku” komandasının da heyətində çıxış edir.


“Neftçi” İKİB-in Velosiped İdmanı bölməsi ilə əlaqə:

Məşqçi Asif Həsənov

Tel: (+99450) 3410381, (+99455) 8052411