BMX üzrə Dünya Sınaq Yarışı başa çatdı / VIDEO

Printer-friendly version

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında Dünya Sınaq Yarışı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan C1 kateqoriyasına malik yarışda Türkiyə, Fransa, Yaponiya, Rusiya Federasiyası, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edib.

 

Sınaq yarışında qaliblər 4 kateqoriyada müəyyənləşib. Gənc oğlanların mübarizəsində Yaponiya təmsilçisi Asuma Nakay fəxri kürsün ən yüksək pilləsinə qalxıb. İtaliya velosipedçisi Ciakomo Qarqaliya 2-ci, Rusiya nümayəndəsi İlya Beskrovnıy isə 3-cü olub.

 

Gənc qızlar arasında da Yaponiya nümayəndəsi çempionluq sevinci yaşayıb – Sae Hatakeyama 1-ci, Rusiya idmançısı Varvara Ovçinnikova isə 2-ci yeri tutub.

 

Elit kateqoriyada yarışan qadınlar arasında Rusiya təmsilçiləri hamıdan güclü olublar. Natalya Afremova 1-ci, Yaroslava Bondarenko 2-ci, Natalya Suvorova 3-cü yeri tutub.

 

Kişilərin mübarizəsi isə Fransa təmsilçilərinin üstünlüyü ilə keçib. Andre Silven, Romen Maye və Jeremi Renkurel müvafiq olaraq Bakı Sınaq Yarışında 1-ci, 2-ci və 3-cü yerləri tutublar.

 

Qaliblərə mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüzeynzadə, Prezident Administrasiyasının Gənclər və İdman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.

 

Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.


 
 Oxunub (82)