Velosipedçimiz “Tour de France”da 23-cü oldu

Printer-friendly version

Azərbaycan yığma komandasının velosipedçisi Yelena Pavluxina üzvü olduğu Qazaxıstanın "Astana" Dünya Turu klubunun heyətində "Tour de France"ın birgünlük qadın yarışında (La Course by Le Tour de France) iştirak edib. Kifayət qədər ağır dağ yoxuşlarında keçirilən yarışın yekununda idmançımız finiş xəttini 23-cü keçib.

 

Start xətti dəniz səviyyəsindən 1337 metr hündürlükdə olan yarışda ümumilikdə 119 velosipedçi iştirak edib. Onlar 67,5 km məsafə qət etdikdən sonra 2360 metr hündürlükdə finiş xəttini keçiblər. Qalib adına Avstraliyanın “Orica-Scott” komandasının hollandiyalı üzvü Annemek van Vloyten layiq görülüb. Yelena Pavluxina yarışda mübarizə aparan “Astana” velosipedçiləri içərisində ən yüksək nəticəyə imza atıb və digər komanda yoldaşlarının hamısını qabaqlayıb.


 
 Oxunub (263)