Autizmli gənc və uşaqlar arasında velosiped yarışı keçirilib

Printer-friendly version

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Autizm İdman və Yaşam Klubunun birgə təşkilatçılığı ilə Veloparkda autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped turniri təşkil olunub. Yarış zamanı iştirakçılar iki yaş (6-12 / 12-19) qrupu üzrə öz bacarıqlarını nümayiş etdiriblər.


6-12 yaş qrupunda 1-ci yerə Əşrəf Cəlilli, 2-ci yerə isə Qəzənfər Ağayev çıxıb. Bu kateqoriyada 3-cü yeri Polad Minasazlı və Yusif Əlisoy tutublar.


12-19 yaşlı iştirakçılar arasında isə Şövqü Əhmədov 1-ci, Nicat Həmidov 2-ci, Xaqan Əliyev və Mirməhəmməd Ələkbərli 3-cü olublar. Yarışın sonunda fərqlənənlərə mükafatlar təqdim edilib.


 
 Oxunub (234)