Autizmli gənc və uşaqlar arasında velosiped yarışı keçiriləcək

Printer-friendly version

İyunun 17-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Autizm İdman və Yaşam Klubunun birgə təşkilatçılığı ilə Veloparkda autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped turniri təşkil olunacaq.


Yarış zamanı turnir iştirakçıları iki yaş qrupu üzrə (8-12 / 12-19) öz bacarıqlarını nümayiş etdirəcəklər. Tədbirin sonunda turnir iştirakçıları diplom və medallarla  təltif olunacaqlar.


Turnirdə iştirak etmək istəyənlər bakiautizm@gmail.com elektron poçtuna və ya +994 12 530 83 52 / +994 77 742 00 75 / +994 55 752 00 75 nömrəli telefonlara müraciət edə bilərlər.


 
 Oxunub (261)